ARB TV-nin “5 üz” verlişinin final buraxılışı mərhum aktyor Azər Baxşəliyevə həsr olunub.
Verilişin aparıcısı Elşən Orucov təsirli çıxışı ilə ürəkləri sızladıb.
“Bu gün səni geri qaytara bilmirik. Amma istəyirik ki, “5 üz”ün finalının qalibi Züleyxa balamız olsun. Təbrik edirəm, gözəl balam. Əmilərin hər zaman sənin arxandadır. Atana qismət olmadı, inşallah ki, səni xoşbəxt görmək əmilərinə qismət olacaq. Bax, bu avtomobili də, əmilərin sənə hədiyyə edir. Həmişə gözəl günlərinə yığışaq, mənim gözəl balam. Veriliş bitən kimi avtomobili şəxsən özüm sənə təqdim edəcəm.
ARB televiziyası çox sağ olsun, bu istəyimizdə yanımızda oldu. Hər kəsə, bütün kollektivə təşəkkür edirəm. Xalqımıza, millətimizə təşəkkür edirəm. Bu ağır, çətin günümüzdə yanımızda oldular.
Azər, sən hər zaman bizimlə olacaqsan, ruhumuzda və xatirələrimizdə. Görüşəcəyik, mütləq görüşəcəyik! Əlvida dostum!
Hamımız o yaşdayıq,
sənin son baxışında.
Birdən sənsiz qocalsaq,
dostlarını bağışla.
Son dəfə məkan göndər,
son mənzilini bilim.
Mən də bir gün öləndə
Dost qapısına gəlim”
Daha ətraflı video məlumatı təqdim edirik:
"Cebheinfo.az"