AZ

BRICS sammitinin tarixi və yeri açıqlandı

Növbəti BRICS sammiti iyulun 6-7-də Rio-de-Janeyroda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieira sosial şəbəkədə yazıb.

Vieira, sammitidə üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və onların əhalisinin həyatını yaxşılaşdırmaq üçün çox mühüm qərarlar qəbul ediləcəyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 1-dən Braziliya BRICS-in sədridir. Yay tədbiri daimi üzv və ya tərəfdaş statusu olan 20 ölkənin liderlərini bir araya gətirəcək.

BRICS Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyanın daxil olduğu dövlətlərarası birlikdir. Adı ingilis dilindən gəlir. BRICS təşkilatın ilkin beş üzvünə aiddir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika.

Seçilən
24
1
publika.az

10Mənbələr