AZ

BRICS yeni alyans yaradır

2025-ci ilin iyununda BRICS Konqresi keçiriləcək və orada assosiasiyanın kənd təsərrüfatı alyansının yaradılmasının təsdiqlənməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatını Qoruma Milli Hərəkatının prezidenti Lyudmila Orlova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Biz artıq dekabrda dəyirmi masa keçirmişik və indi konqres keçirmək və belə bir ittifaq yaratmaq barədə razılığa gəlmişik. 10-dan çox ölkə cavab verdi. Hazırda biz sənədləri, mexanizmləri yekunlaşdırırıq və proqramı formalaşdırırıq”, - Orlova bildirib.

Onun sözlərinə görə, Braziliya BRICS-ə sədrlik etdiyi üçün həmtəşkilatçı ola bilər.

“Biz indi cavab gözləyirik. Bütün sənədlər təsdiqlənib və razılaşdırılıb", - hərəkat rəhbəri bildirib.

Seçilən
21
24
publika.az

10Mənbələr