AZ

"Ukrayna münaqişəsi ənənəvi Qələbə ilə bitməyəcək"

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynada münaqişədə ənənəvi qələbənin olmayacağını bildirib.

Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.

Onun sözlərinə görə, respublika düşmənlə cəsarətlə döyüşüb, amma qalib gəlməyəcək.

"Əgər siz İkinci Dünya Müharibəsində qazandığınız kimi qalib gəlmək barədə düşünürsünüzsə, yəqin ki, bu baş verməyəcək",- Kelloq deyib.

Ukraynadakı nizamlanmaya gəlincə, o, “qanaxmanın dayandırılması, sonra müalicə edilməsi” və həmçinin sülh planı üzərində diqqətlə düşünməyə çağırıb.

Fevralın 12-də Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur. Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirib və liderlərin görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini də bildirib. Putin də öz növbəsində amerikalı siyasətçini Moskvaya dəvət edib .

Seçilən
66
11
publika.az

8Mənbələr