AZ

Tramp-Putin görüşünə hazırlıq:Yüksək rütbəli Rusiya və ABŞ rəsmilərinin görüşü keçiriləcək

“Axios” mənbələrə istinadən xəbər verir ki, Ukraynadakı münaqişəyə son qoyulması və Tramp-Putin görüşünə hazırlıqla bağlı mümkün razılaşmanı müzakirə etmək üçün yüksək rütbəli Rusiya və ABŞ rəsmilərinin görüşü fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq.

Bundan əvvəl əvvəl bildirilmişdi ki, Ukrayna ilə bağlı danışıqlar bu gün aparılmalıdır.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə “çox yaxında” görüşəcəyini deyib və əlavə edib ki, Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyirlər.

"Biz birlikdə işləyirik. Biz Rusiya ilə Ukrayna arasında sülh əldə etməyə çalışırıq və bunun üçün çox çalışırıq. Bu, heç vaxt başlamamalı olan müharibə idi", - Tramp bildirib. 

ABŞ prezidenti Tramp fevralın 12-də həm Putin, həm də Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb, ABŞ və Rusiya nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüş keçirəcəyini bildirib.

 

Seçilən
18
11
marja.az

8Mənbələr