AZ

"Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır" - Kit Kelloq

"Kelloq Trampın yalnız Putinlə razılığa gəlməyə çalışdığı iddiasını rədd edib..."
 
Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin birbaşa danışıqlar aparmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, Münhen Təhlükəsizlik Konfransı ərəfəsində ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna və Rusiya arasında birbaşa danışıqların vacibliyini vurğulayıb.
 
O, həmçinin Putinin bəyanatlarına, xüsusilə də Zelenskinin "qanunsuz prezident" olması iddiasına əsaslanaraq dialoqdan imtina etməsinə münasibət bildirib. Onun sözlərinə görə, hər iki lider danışıqlar masasına əyləşməli və müəyyən güzəştlərə getməlidir.
 
"Amma bu, belə işləməyəcək. Onlar mütləq danışıqlar aparmalıdır. Hər iki tərəf nədənsə imtina etməlidir", - Kelloq qeyd edib.
 
Bundan əlavə, o, Trampın yalnız Putinlə razılığa gəlmək istədiyi fikrini rədd edərək, danışıqlara üç tərəfin, xüsusilə də əsas iştirakçılar olan Ukrayna və Rusiya nümayəndələrinin qatılmalı olduğunu vurğulayıb.
 
"Bizə aydındır ki, üç tərəf,
xüsusilə də əsas iştirakçılar- ruslar və ukraynalılar bir-biri ilə danışmalıdır. Onlar mütləq bir araya gəlib müzakirələr aparmalıdır", - Kelloq bildirib.
 
Ukrayna və Rusiya arasında danışıqlar
 
Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Hegset bildirib ki, Ukraynadakı müharibənin həlli ilə bağlı bütün danışıqlar həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Vladimir Zelenski ilə aparılacaq. O qeyd edib ki, bütün detallara yalnız danışıqlar zamanı aydınlıq gətiriləcək.
 
"The Guardian" nəşrinin məlumatına görə, Hegset qeyd edib ki, Ukraynanın sərhədləri 2014-cü ildən əvvəlki vəziyyətinə qaytarılmayacaq, lakin bu, Putinə güzəşt deyil, "böyük insan itkilərindən sonra sahədəki güc balansının reallıqlarının tanınması"dır. O, əlavə edib ki, nə Zelenski, nə də Putin istədiklərinin hamısını əldə etməyəcək.
Seçilən
54
50
moderator.az

10Mənbələr