Bakı. Trend:
Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ qeydəalınıb.
Trend TürkiyəninFəlakət və Fövqəladə Halların İdarə Olması İdarəsinə istinadənxəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 02:24-də (Bakı vaxtıilə 03:24) Bingöl şəhərinin Yedisu rayonunda baş verib.
Zəlzələnin ocağı 12,79 km dərinlikdə yerləşib.
Hazırda dağıntı və tələfat barədə məlumat verilməyib.