Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.
Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb. Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
"Cebheinfo.az"