Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Mənbə qeyd edir ki, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb.
Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta