AZ

Şərqi Anadoluda zəlzələ olub

Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.

Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.

Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb. Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Seçilən
79
5
operativmedia.az

10Mənbələr