1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Lids Universitetindən olan tədqiqatçılar Yer kürəsinin qütblərində buz qatlarının yaranmasının çox nadir bir sıra amillərin birləşməsi nəticəsində baş verdiyini müəyyən etdilər.
Oxu.Az xəbər verir ki, tədqiqat "Science Advances" elmi jurnalında dərc olunub.
Komanda ilk dəfə olaraq bütün məlum buzlaşma proseslərini, o cümlədən vulkanların CO2 emissiyalarının azalmasını, meşələrin karbonu udmasını və dağ süxurları ilə reaksiyaları uzunmüddətli 3D Yer modelində birləşdiriblər.
Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, Yer kürəsi öz tarixinin böyük bir hissəsində buz papaqları olmadan "istixana" vəziyyətində olub və indi yaşadığımız şərait olduqca nadirdir.
Alimlər vurğulayır ki, Yer kürəsinin təbii iqlim mexanizmləri daha çox yüksək CO2 səviyyəsi olan istiliyə meyillidir. Bu, qlobal istiləşmənin başa düşülməsi üçün vacibdir.