Uels şahzadəsi Keyt Middlton öz uşaqlarına qəddar kral mərasimində iştirak etməyi qadağan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Tom Kuinnin "Bəli, xanım. Kral xidmətçilərinin gizli həyatı" kitabında yazılır.
Bildirilir ki, gənc kral ailəsi üzvlərinin ilk tülkü və ya maral ovundan sonra üzlərini qanla boyamalı olduqları ritual mövcuddur. Lakin Keyt Middlton 11 yaşlı oğlu Corc, 9 yaşlı qızı Şarlotta və 6 yaşlı oğlu Luinin bu mərasimə qatılmamasında israr edib.
Qeyd olunur ki, Böyük Britaniyanın Kralı III Çarlz və onun oğulları bu ritualda iştirak ediblər.