AZ

Rubio Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi perspektivindən danışıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna münaqişəsinin həll olunması təqdirində Qərb ölkələri Rusiya əleyhinə sanksiyalarını ləğv etməli olacaqlar.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bütün bunlar münaqişənin nəticəsidir. Bu münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaqdan ötrü bütün tərəflərin güzəştə getməsi lazımdır" , - deyə M.Rubio vurğulayıb.
O, əlavə edib: "Sanksiya tətbiq edən başqa tərəflər də var. Avropa İttifaqı nə vaxtsa danışıqlar masasında oturmalı olacaq, çünki onların da tətbiq etdikləri sanksiyalar var".
Seçilən
26
47
oxu.az

10Mənbələr