Tanınmış şotlandiyalı məşqçi Aleks Ferqyüson yenidən məşqçi kimi meydana çıxacaq.
QOL.az xəbər verir ki, bu barədə talkSPORT nəşri məlumat yayıb.
84 yaşlı mütəxəssis italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Görüş martın 22-də Florensiyada, "Artemio Françi" stadionunda keçiriləcək.
Rossi 2004-2006-cı illərdə Feryüsonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. İtalyan 2023-cü ildə SPAL-da çıxış edərkən karyerasını btirib. .
Ser Alex Fergüson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası qazanıb. O, 2013-cü ildə məşqçi karyerasını başa vurub.