AZ

Ferqyusson bir oyunluq baş məşqçi olacaq

Əfsanəvi şotlandiyalı Aleks Ferqyusson yenidən baş məşqçi olacaq. 

“Qafqazinfo” xəbər verir ki, 84 yaşlı mütəxəssis italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb.

Görüş martın 22-də Florensiyada, “Artemio Franki” stadionunda keçiriləcək.

Rossi 2004-2006-cı illərdə Feryussonun rəhbərliyi altında “Mançester Yunayted”də çıxış edib. İtalyan 2023-cü ildə SPAL-da çıxış edərkən karyerasını bitirib.

Ferqyusson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası kubokunu qazanıb. O, 2013-cü ildə məşqçi karyerasını başa vurub.

Seçilən
45
50
qafqazinfo.az

10Mənbələr