AZ

Ferqüson bir oyunluq baş məşqçi olacaq

Əfsanəvi şotlandiyalı Aleks Ferqüson yenidən baş məşqçi olacaq. 

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 84 yaşlı mütəxəssis italiyalı hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb.

Görüş martın 22-də Florensiyada, “Artemio Franki” stadionunda keçiriləcək.

Rossi 2004-2006-cı illərdə Feryussonun rəhbərliyi altında “Mançester Yunayted”də çıxış edib. İtalyan 2023-cü ildə SPAL-da çıxış edərkən karyerasını bitirib.

Ferqüson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub, 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 UEFA Çempionlar Liqası kubokunu qazanıb. O, 2013-cü ildə məşqçi karyerasını başa vurub.

Seçilən
52
50
olke.az

10Mənbələr