AZ

İran təyyarələrinin bu aeroporta enməsinə icazə verilmir

İsrailin ABŞ vasitəsilə çatdırılan xəbərdarlığından sonra İran sərnişin təyyarələrinin Beyrut hava limanına enməsinə icazə verilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

ABŞ rəsmi Beyruta İsrailin İran təyyarələrini vura biləcəyi barədə xəbərdarlığını çatdırıb. Livan hökuməti də bu həftə iki dəfə İran təyyarəsinin Beyrut hava limanına enməsinə icazə verməyib.

İlk belə hal fevralın 13-də baş verib. İsrail ABŞ vasitəsilə xəbərdarlıq edib ki, əgər İran təyyarəsi Livana enərsə, Beyrut hava limanına zərbə endiriləcək. Fevralın 14-də də İsrailin xəbərdarlığından sonra növbəti İran təyyarəsinin Beyrut hava limanına enməsinə icazə verilməyib.

İsrail dəfələrlə bəyan edib ki, İran Beyrut hava limanından “Hizbullah”a silah və maliyyə vəsaitləri çatdırılması üçün istifadə edir.

Bizim.Media

Seçilən
31
49
bizim.media

10Mənbələr