AZ

Hindistan ABŞ neftinə keçir

Hindistanın ABŞ-dan neft idxalı yanvar ayında dekabr ayından etibarən kəskin artaraq Vaşinqtonu Yeni Dehlinin beşinci ən böyük neft tədarükçüsünə çevirdi.

Reuters xəbər verir ki, Hindistan yanvarda ABŞ-dan gündəlik 218,4 min barel neft idxal edib, dekabrda bu göstərici gündəlik 70,6 min barel olub.


Agentlik yazır ki, dünyanın üçüncü ən böyük neft idxalçısı və istehlakçısı olan Hindistandakı neft emalı zavodları Vaşinqtondan daha çox enerji idxalına hazırlaşır, çünki Nyu Dehli ABŞ-dan enerji alışını keçən il 15 milyard dollardan 25 milyard dollara çatdırmağı planlaşdırır.

Hindistanın ən böyük neft tədarükçüsü olan Rusiyadan idxalı keçən ay 4,3% artaraq gündəlik 1,58 milyon barrelə çatıb. “Hindistanın Rusiya neftinin alışı çox güman ki, yaxın aylarda azalacaq, çünki neft emalı zavodları Rusiya neftini yalnız ABŞ sanksiyalarına məruz qalmayan şirkət və gəmilərdən alacağı təqdirdə alacaq”, - nəşr yazır.

Yaxın Şərq neftinin idxalı yanvarda 6,5% artaraq sutkada 2,7 milyon barel olub, İraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olaraq qalır, ikinci yerdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri gəlir.

“Hindistan neft emalı zavodları keçən ay hökumətin ABŞ-ın sanksiyaları elan edilməzdən həftələr əvvəl onlara xəbərdarlıq etməsindən sonra qeyri-rus xam neftinə keçiblər”, - nəşr yazır.

Hindistanın iki ölkə arasındakı ticarət balanssızlığını azaltmaq və tariflərdən yayınmaq üçün ABŞ-dan neft və qaz idxalını artırmağa razı olduğu bildirilir.

 

Nigar

Seçilən
35
49
oxu24.com

10Mənbələr