AZ

Əvəzedicilər: “Sumqayıt” “Zirə”ni xalsız yola saldı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 23-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sumqayıt” və “Zirə”nin əvəzediciləri üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

23-cü turun qalan oyunları fevralın 17-də və 18-də keçiriləcək.

Əvəzedicilər Liqası
23-cü tur
16 fevral

“Sumqayıt-2” – “Zirə-2” 1:0
Qol: Kamran Quliyev, 23.
Hakimlər: Kamran Əliyev, Gülnurə Əkbərzadə, Tərlan Talıbzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

17 fevral

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Cavid Cəlilov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 13:30.

“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Tural Qurbanov, Kərim Zeynalov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

18 fevral

“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Səbail-2” – “Sabah-2”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Vüqar Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 15:00.

Seçilən
46
2
arena.az

5Mənbələr