AZ

Əvəzedicilər: “Sabah” “Səbail”i 7 qolla məğlub etdi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 23-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kəpəz”lə “Şamaxı”nın əvəzediciləri arasındakı oyunda qalib müəyyənləşməyib. “Səbail”lə “Sabah”ın ikinci komandaları arasındakı görüşdə isə 10 qol qeydə alınıb. “Bayquşlar” səfər oyununda böyük hesabla qələbə qazanıblar.

Əvəzedicilər Liqası
23-cü tur
16 fevral

“Sumqayıt-2” – “Zirə-2” 1:0
Qol: Kamran Quliyev, 23.
Hakimlər: Kamran Əliyev, Gülnurə Əkbərzadə, Tərlan Talıbzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

17 fevral

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” 6:0
Qollar: Fərid Cəfərov, 4; 59; 89. Vüqar Bağırov, 8. Rüfət Əhmədov, 20. Dinamin Bağırov, 80.
Hakimlər: Cavid Cəlilov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 13:30.

“Neftçi-2” – “Qarabağ-2” 1:0
Qol: Həbib İsmayılov, 45+2.
Hakimlər: Tural Qurbanov, Kərim Zeynalov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

18 fevral

“Kəpəz-2” – “Şamaxı-2” 2:2
Qollar: Cavad Kərimov, 61. Nemət Musayev, 85 – Cəfər Muxtarov, 77-pen. Nicat Xasıyev, 90+1.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Səbail-2” – “Sabah-2” 3:7
Qollar: Məmməd Əhmədov, 51; 53. Vüsal Alızadə, 86 – Elgün Dünyamalıyev, 9. İlkin Cəfərli, 22. Səbuhi Qurbanov, 25. Şakir Seyidov, 30. Anatoli Nuriyev, 42. Ramil Nuraxmedov, 46. Tuncay Cəfərli, 72.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Vüqar Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 15:00.

Seçilən
40
2
arena.az

5Mənbələr