Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 23-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Turan Tovuz”un ikinci komandası “Araz-Naxçıvan”ın əvəzedicilərinə 6 cavabsız qolla qalib gəlib. “Neftçi” ilə “Qarabağ”ın əvəzediciləri arasındakı görüşdə də paytaxt təmsilçisi tək qolla qələbə qazanıb.
23-cü turun qalan oyunları fevralın 18-də keçiriləcək.
Əvəzedicilər Liqası
23-cü tur
16 fevral
“Sumqayıt-2” – “Zirə-2” 1:0
Qol: Kamran Quliyev, 23.
Hakimlər: Kamran Əliyev, Gülnurə Əkbərzadə, Tərlan Talıbzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
17 fevral
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” 6:0
Qollar: Fərid Cəfərov, 4; 59; 89. Vüqar Bağırov, 8. Rüfət Əhmədov, 20. Dinamin Bağırov, 80.
Hakimlər: Cavid Cəlilov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 13:30.
“Neftçi-2” – “Qarabağ-2” 1:0
Qol: H İsmayılov, 45+2.
Hakimlər: Tural Qurbanov, Kərim Zeynalov, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
18 fevral
“Kəpəz-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Səbail-2” – “Sabah-2”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Vüqar Bayramov, Sənan Bayramzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 15:00.