AZ

Misir təyyarəsi Polşaya təcili eniş etdi: 236 sərnişin ac qalıb

Misirin “AlMasria” Hava Yollarına məxsus UJ681 reysi ilə Şarm əl-Şeyxdən Kalininqrada uçan təyyarə Polşanın Poznan şəhərinə təcili eniş edib.

Azreform.info xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, güclü qar səbəbindən Xrabrovo hava limanına enə bilməyyən təyyarənin ekipajı Polşadan təcili eniş tələb edib.

Bildirilib ki, polşalılar təyyarəyə yanacaq vurmaqdan imtina edir və uçuşa icazə vermirlər.

Sərnişnlərdən birinin kanalara verdiyi məlumata görə, artıq 10 saatdır uçuş üçün icazə gözləyirlər.

“Yemək qurtarıb, içməli su demək olar ki, bitmək üzrədir. Təyyarədə aralarında hamilər qadınların və uşaqların da olduğu 236 sərnişin var”, - məlumatda qeyd olunub.(Axar.az)

Seçilən
57
50
azreform.info

10Mənbələr