AZ

Rusiya təyyarəsi məcburi eniş edib:  Sərnişinlər 13 saatdan çox təyyarədə qaldı

Dünən Rusiyaya məxsus sərnişin təyyarəsi qar fırtınası səbəbindən Polşanın Poznan şəhərində məcburi eniş edib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə Misirin Şarm Əl Şeyxindən Rusiyanın Kalininqrad şəhərinə uçuşu həyata keçirirdi.

2022-ci ilin sentyabrından Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya vətəndaşlarının Polşaya turistik və kommersiya məqsədləri ilə daxil olmasına icazə verilmir.

Təyyarənin pilotu Kalininqradda üç dəfə eniş cəhdindən sonra Polşanın paytaxtı Varşavanın Şopen hava limanına təcili eniş etmək üçün icazə istəyib. Pilotun Varşavaya eniş etmək istəyi rədd edilib və təyyarə yerli vaxtla saat 22:00 radələrində Poznan Lawica hava limanına enib.

Poznan Lawica hava limanının səlahiyyətliləri heç kimin təyyarədən enməsinə icazə verməyib. Sərnişinlərə, o cümlədən qocalar, uşaqlar və hamilə qadınlar su və yeməklə təmin olunmayıb, onların təyyarəyə yanacaq doldurmaq tələbləri də rədd edilib.

Təyyarədə olan 236 sərnişin 13 saatdan çox təyyarədə gözlədilib. Təyyarəyə səhər saatlarında havaya qalxmağa icazə verilib. Kalininqrada qayıdan sərnişinlər sosial şəbəkələrdə Polşa hakimiyyətinə reaksiya veriblər.

Medianews.az

Seçilən
65
50
medianews.az

10Mənbələr