Kürdəmirdə idarəetmədən çıxan avtomobil rabitə dirəyinə çırpılıb.
Avtosfer.az “Bizim.Media”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtmobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qarşısına qəfildən sahibsiz it çıxıb. Bu zaman sürücü iti vurmamaq üçün maşını qaçırmağa çalışsa da avtomobil yol kənarındakı rabitə dirəyinə çırpılıb.
Qəza zamanı ciddi xəsarət alan olmasa da avtomobilə və rabitə dirəyinə ciddi ziyan dəyib. Hazırda faktla bağlı araşdırma aparılır.