Kürdəmirdə avtomobil işıq dirəyini yerindən qoparıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yoldan çıxaraq kənardakı işıq dirəyinə çırpılıb və dirəyi yerindən qoparıb.
Qəza zamanı elektrik təsərrüfatına xeyli ziyan dəyib. Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta