ABŞ-da Corciya ştatının Atlanta şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” nəşri yazıb.
Qeyd olunub ki, göyərtəsində iki nəfərin olduğu “Rockwell Commander” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Nyuton dairəsində qəzaya uğrayıb.
Hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları təyyarənin dağıntıları altında iki nəfərin cəsədini aşkar ediblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta