AZ

ABŞ-da təyyarə qəzası – ölənlər var

ABŞ-də Corciya ştatının Atlanta şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Qeyd olunub ki, göyərtəsində iki nəfərin olduğu “Rockwell Commander” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Nyuton dairəsində qəzaya uğrayıb. Hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları təyyarənin dağıntıları altında iki nəfərin cəsədini aşkar ediblər.

ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.\\report.az

Seçilən
43
4
ictimairey.az

10Mənbələr