AZ

Ukrayna müharibəsinin həlli Avropa ölkələrinin Ukraynaya qoşun yeritməsindən asılıdır

ABŞ prezidenti D. Tramp və Rusiya dövlət başçısı V. Putinin ortaq mövqeyi vəbirləşdirən cəhəti hər ikisinin qüvvədə olan mövcud beynəlxalq hüququ tanımamasıdır. Demək olar ki, hər iki lider güc amilinə üstünlük verməklə təzyiq amilini rəhbər tutur. Buna bariz nümunə ötən gün jurnalistin D.Trampa "beynəlxalq hüquqa inanırsız?"- sualına D. Tramp:"ABŞ-ın gücünə və ordusuna inanıram"- deməsidir. D. Tramp beynəlxalq hüququ tanımamaqla, siyasi nizamı demontaj etmək siyasəti həyata keçirməyə çalışır. Halbuki, ABŞ beynəlxalq hüququ qoruyan beynəlxalq jandafm kimi çıxış edirdi. D.Tramp bununla da ABŞ oturuşmuş strategiyasını dəyişməyə cəhd edir.

Ukraynaya qarşı hərbi müdaxiləni reallaşdırmaqla V. Putin iffətini çəkdiyi SSRİ-ni yeni formatda qurmaq planını reallaşdırmaq istəyir. Hakimiyyətə gəldiyi ilk günlərdən SSRİ süqutunu "əsrin faciəsi"-adlandıran V. Putin qonşu ölkələrin ərazi bütövlüyünü və suverenliyinə əhəmiyyətsiz yanaşacağını mesajını vermiş olmuşdu. Vaxt ilə Ukraynanı V. Lenin yaratdığını, Qazaxıstan adında bir dövlət olmadığını deyən Rusiya prezidenti öz işğal siyasətini və planlarını elan etmiş olurdu.

Beynəlxalq siyasi münasibətlərin təhdid olunduğu bir nizamda ABŞ Rusiyadan fərqli olaraq bir şəxs tərəfindən idarə olunmur. ABŞ oturuşmuş və müstəqil hakimiyyətin qolları var. Həmçinin ayrı-ayrı dövlət institutlarına malikdir. Ona görə də Vaşinqtonun oturuşmuş siyasi sistemi D. Trampın V. Putinə güzəştə getməsinə dözümlü yanaşa bilməz. Əgər, ABŞ prezidenti V. Putinə Ukraynanı güzəştə gedərsə, bu ilin 9 mayında "nasistlər " üzərində "qələbə" paradı keçirə bilər. Və sabah yeni "nasistlər" Polşada, Moldovada və Bribaltika ölkələrində peyda olaraq Kremlin müdaxiləsinə zəmin yarada bilər.

Hazırda D. Trampin siyasəti ABŞ siyasi sistemində tektotik vəziyyət yaradib. Demokratlar kifayət qədər D.Trampın siyasətinə sərt reaksiya verir. Həmçinin D. Trampın Respublikaçılar partiyası arasında fikir ayrılıqları dərinləşib. Bu da Kongresdə D. Trampa impiçmentə gətirib çıxara bilər. Məhkəmə hakimiyyəti kifayət qədər D. Trampa qarşı dəlillər toplanir. D. Trampin birinci prezidentiliyi dövründə onun Rusiya maraqlarına xidmət etdiyi üçün iddihamlar irəli sürülmüşdü.

D. Trampın V. Putinə güzəştə getməsi, ABŞ-ın Rusiya qarşısında məğlubiyyətinə gətirər. V. Putin bundan sonra Şərqi Avropa və Cənubi Qafqazı nəzarətə almaq üçün hərbi təzyiqlərə başlaması mümkündür. Məhz V. Putinə də bu lazımdır. Birinci, Avropa və ABŞ bir birindən ayırmaq. İkinci, NATO-nu zəiflətmək. Dördüncü, Nəticədə, öz təsir zonasını formalaşdırmaq. Qeyd edim ki, Rusiya öz təsir dairəsinə keçmiş SRRİ ərazilərini və Şərqi Avropanı nəzərdə tutur. Təbii ki, bu, dünyanın bölüşdürülməsi deməkdir.

Sövdələşməyə meyillə olan D. Tramp V. Putindən ne istəyəcək?! Beynəlxalq güc olan ABŞ zəifləmiş Rusiyanın ümidinə qalıbmı?! Məhz Avropanı da narahat edən əsas tezis budur. V. Putin zəngin təbii ehtiyatlara malik olan Arktikanı ABŞ tam güzəştə getməsi mümkün deyil. Kreml Çinə qarşı ABŞ-la ittifaqa getməz. Ümumiyyətlə, ABŞ Çinə qarşı ittifaq qurmaq üçün Rusiyaya ehtiyacı yoxdur. Qeyd edim ki. Çinə qarşı ABŞ Hindistan, Avstraliya, Yaponiya birliyini qurub.

Gözlənilən D.Tramp və V. Putin görüşündə Vaşinqtonun verdiyi güzəştlər naminə Ukraynada işğal etdiyi ərazilərin bir hissəsindən çıxa bilər. ABŞ Ukraynaya silahlar verməklə, Rusiyanı tam sıxışdırıb çıxarmaqla öz geopolitik mövqeyini Avropa üzərində gücləndirə bilər. Nəinki, Rusiyaya güzəştə getməklə.

Əgər, D. Tramp V. Putinlə sövdələşməyə gedərsə, Avropa ölkələri ABŞ-dan üz döndərəcək. Avropasız isə ABŞ beynəlxalq gücü mümkün deyil. Göründüyü kimi, bütün proseslər Vaşinqtonun əleyhinədir. Böyük Britaniya başda olmaqla Almaniya, Fransa, Polşa və İtaliya Ukraynaya ordu göndərməsini planlaşdırır.

D. Trampın V. Putinə görüşü yalnız atəşkəs əldə edilməsi, Kremlin utduğu bir sıra ərazilərdən çəkilməli və qarşılıqlı olaraq müəyyən sanksiyalar aradan götürülməsi mümkün ola bilər. D. Tramp Ukraynada atəşkəs əldə etməklə, öz nüfuzunu qaldırmağa çalışır. Amma, Ukraynada atəşkəs qalıcı sülhə xidmət etməyəcək. Ukrayna müharibəsinin həlli Avropa ölkələrinin Ukraynaya qoşun göndərməsindən asılıdır. Avropa D. Tramp və V. Putin razılaşmasına qarşı olacaq. Ümumiyyətlə, V. Putinin Ukraynada qələbə əldə etməsi mümkün deyil. Rusiyanın qələbəsi isə, Azərbaycan daxil olmaqla, keçmiş postsovet ölkələrinin müstəqilliyi təhdid altında olacaq.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Seçilən
116
1
visiontv.az

10Mənbələr