"ABŞ qoşunlarının bir hissəsini Avropadan çıxara bilər".
hakimiyyet.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu açıqlama ilə NATO Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqone çıxış edib.
Onun fikrincə, Vaşinqton alyansdan çıxmağı planlaşdırmır, lakin kontingentin bir hissəsinin Avropadan çıxarılması ABŞ-nin Avropadan uzaqda, Sakit okean regionunda götürdüyü öhdəliklərə görə gündəmə gələ bilər.
"Lakin mən inanmıram ki, Amerika hərbçilərinin böyük bir hissəsi Avropanı tərk edəcək" - deyə NATO rəsmisi əlavə edib.