AZ

Unikal hadisə: Rusiyada pasiyentin ürəyi 24 saatda 25 dəfə dayandı, amma sağ qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada unikal hadisə baş verib. Belə ki, həkimlər ürəyi 24 saat ərzində 25 dəfə dayanan xəstənin həyatını xilas ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Moskvanın sosial inkişaf məsələləri üzrə mer müavini Anastasiya Rakova məlumat verib.
Onun sözlərinə görə, 54 yaşlı kişinin ürəyi hər dəfə dayananda orqana əvvəlcədən implantasiya edilmiş defibrillyator onun işini bərpa edib.
"Ağır aritmiya səbəbindən ürək fəaliyyətinin bərpasının standart üsulları təhlükəli idi. Vəziyyət ümidsiz görünsə də, həkimlər təslim olmayıblar. Kardiocərrahlar EKMO süni qan dövranı aparatının dəstəyi ilə ürəkdə unikal əməliyyat aparıblar. Mürəkkəb müdaxilə yeddi saatdan çox davam etsə də, sonda normal ürək ritmini tam bərpa etmək mümkün olub", - deyə Rokova vurğulayıb.
Seçilən
121
50
oxu.az

10Mənbələr