AZ

Tamayev - Venqalbi dueli: Yandırılan milyonlarla dollarlıq avtomobillərin aqibəti necə oldu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada bloqerlər Asxab Tamayev və Axmed Alisxabov (Venqalbi) arasındakı mərcin nəticəsi məlum olub.
Oxu.Az xəbər verir ki, müvafiq kadrlar Tamayevin "YouTube" kanalında dərc edilib.
Mərcə əsasən, Axmed Asxabın avtomobillərinə (cəmi 5 ədəd) od vursa da, sonradan bunu sadəcə videoçəkliş üçün etdiyini etiraf edib. O, "Mercedes G Class", "Lamborghini", "Rolls-Royce" və BMW kimi lüks avtomobilləri yandırmaq fikri olmadığını və onları öz sahibi Tamayevə qaytardığını bildirib.
Qeyd edək ki, Asxabın avtomobil qarajının ümumi dəyəri 5 milyon dollardan yuxarıdır.
Xatırladaq ki, bloqerlər arasındakı mübahisə energetik içkilərin reklamı ilə başlayıb. Tamayevin öz videolarının birində içkini reklam etməsi Venqalbinin xoşuna gəlməyib və Axmed Asxabın BMW avtomobilinin təkərlərinə od vurub. Bundan sonra onlar avtoparklarını mərcə qoyaraq yarış təşkil ediblər. Qalib uduzan tərəfin avtomobillərini yandırmalı idi.
Seçilən
77
1
oxu.az

10Mənbələr