Bakı. Trend:
2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyonmanatdan çox vergi daxil olub.
Bu barədə Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.
Bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrüilə müqayisədə, bu sektordan vergi daxilolmaları 143,2 milyon manatvə ya 11,6% artıb.
Qeyd olunub ki, ödənilən vergilərin 61%-i qeyri-neft-qazsektorunun, 39%-i isə neft-qaz sektorunun payına düşüb.