AZ

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12%-ə yaxın artıb

2025-ci ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manatdan çox vergi daxil olub.

Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib. Məlumata görə, qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard 378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 143,2 milyon manat və ya 11,6 faiz artıb.

Ödənilən vergilərin 61 faizi qeyri-neft-qaz sektorunun, 39 faizi isə neft-qaz sektorunun payına düşüb.

Seçilən
26
9
apa.az

10Mənbələr