AZ

Yanvarda qeyri-neft-qaz sektorundan daxilolmalar 11,6 faiz artıb

Bakı, 18 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 2 milyard 259,9 milyon manatdan çox vergi daxil olub.

DVX-dan AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 1 milyard 378,2 milyon manata yaxın təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 143,2 milyon manat və ya 11,6 faiz artıb.

Ödənilən vergilərin 61 faizi qeyri-neft-qaz sektorunun, 39 faizi isə neft-qaz sektorunun payına düşüb.

Seçilən
29
9
azertag.az

10Mənbələr