“Mahir Emreli komandanın məşqlərinə qoşulub. O, bir daha hazırlıqlardan kənarlaşdırılmayacaq”.
İdman.biz xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” klubunun Direktorlar Şurasının üzvü Coti Hatzialeksiu deyib.
“Bild”ə açıqlama verən klub rəsmisi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Cənubi Koreya təmsilçisi “Seul”a mümkün keçidinə münasibət bildirib: “Mən onun özü ilə bu barədə danışmışam. Cənubi Koreyadan təklif olması bizə heç bir təzyiq etmir. Lazım gəlsə, asiyalılar bizimlə əlaqə saxlayacaq. Əgər onlar bunu etməsələr, Mahir “Nürnberq”də oynamağa davam edəcək və ümidvaram ki, qollarını da vuracaq. Aydındır ki, “Seul” Mahir üçün müəyyən məbləğ ödəməlidir. Yalnız həmin vaxt transfer barədə düşünəcm”.
Qeyd edək ki, Emreli fevralın 16-da keçirilən “Ulm”la oyunda (2:0) başqa kluba keçmək istədiyi üçün heyətə daxil edilməyib. Ertəsi gün hücumçu komandanın məşqlərinə qatılıb.
İdman.biz