AZ

Mahir "Nürnberq"in "qara siyahısı"nda

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli növbəti dəfə "Nürnberq"in heyətindən kənarda qalıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz Almaniya 2-ci Bundesliqasının 23-cü turunda "Herta" ilə görüşün sifariş ərizəsinə daxil edilməyib.

Berlində keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Ardıcıl 3 oyunda qələbə seriyası qırılan "Nürnberq" xalını 35-ə yüksəldib. Mahirin komandası 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Cənubi Koreyadan transfer təklifi alan Mahirin adı ötən turda da sifariş ərizəsinə daxil edilməmişdi.

İdman.biz

Seçilən
13
2
idman.biz

10Mənbələr