Bakı, 18 fevral, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.
“Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - deyə AZAL-ın müraciətində bildirilir.