AZ

Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə gecikir

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

 

Bu barədə Sfera.az-a AZAL-dan məlumat verilir.

 

Bildirilir ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

 

"Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

 

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

 

AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk", - məlumatda qeyd olunub.

 

Seçilən
81
24
sfera.az

10Mənbələr