“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir.
Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk. Yaxın saatlarda təyyarənin Bakıya yola düşməsi gözlənilir”, – deyə aviaşirkət bəyan edib.