AZ

Ərdoğan-Zelenski görüşü başladı: Türkiyədən istəyirik ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Azreform.info xəbər verir ki, Ankarada rəsmi səfərdə olan prezident Zelenski ilə prezident Ərdoğan arasında görüş Beştepedə keçirilib.

Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Görüşün yekunu olaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlər imzalanacaq.

Prezidenti Volodimir Zelenski rəsmi səfəri çərçivəsində Ankarada Ukraynanın yeni səfirliyinin açılışında çıxışı zamanı deyib: "Biz bir ölkə olaraq sülh istəyirik, müharibənin bitməsini istəyirik. Amma təbii ki, müharibənin bitməsinin müəyyən təhlükəsizlik zəmanətlərinə əsaslanmasını istəyirik. Biz bu təhlükəsizlik zəmanətlərinin bütün Avropa, ABŞ və Türkiyə tərəfindən verilməsini istəyirik ".

Mürtəza
Azreform.info

Seçilən
34
19
azreform.info

10Mənbələr