Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan sonra Ankaranı tərk edib.
OXU24.COM xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidentinin iqamətgahında Zelenski ilə Ərdoğan arasında görüş 3 saata yaxın davam edib. Daha sonra Zelenski hava limanına gələrək Türkiyədən uçub.
Ukrayna nümayəndə heyətini hava limanında Türkiyənin ticarət naziri Ömər Bolat yola salıb.