AZ

ABŞ Rusiya ilə danışıqlar qrupuna səfir Kelloqu SEÇDİ - Uşakovdan AÇIQLAMA/VİDEO

Birləşmiş Ştatlar Ukrayna üzrə Rusiya ilə danışıqlar qrupunda öz nümayəndəsi kimi Keyt Kelloqu seçib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, Kelloq Kiyev və Avropa ilə əlaqələri davam etdirəcək və ABŞ Rusiya-Amerika danışıqları üçün xüsusi şəxs və ya nümayəndələr qrupu ayıracaq.
 

Yuri Uşakov onu da əlavə edib ki, görüşdə Amerika nümayəndə heyəti Ukrayna ilə bağlı öz yanaşmalarını “kursorlu şəkildə açıqlayıb” və danışıqlar qrupu bu mövzu ilə yaxından məşğul olacaq.


Qeyd edək ki, Kelloq daha əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə seçilmişdi.


Bizim.Media

Seçilən
79
50
bizim.media

10Mənbələr