Ukrayna bu il təhlükəsizlik zəmanəti və müharibənin dayandırılmasını istəyir.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı “müzakirə olunan mineral ehtiyatlar üzrə sazişdə hansı təhlükəsizlik təminatlarını görmək istərdiniz” sualına cavab verərkən deyib.
“Mənim zəmanətlərimi bilirlər... Məsələn, bunu hamı başa düşür. Hətta NATO-ya daxil olmayan ölkələr də. Bunu Yaxın Şərqdə də başa düşürlər. Biz - Ukrayna - elə bir vəziyyətdəyik ki, bizim üçün təhlükəsizlik zəmanətlərinin çox formatı yoxdur”, - o qeyd edib.
Dövlət başçısı əlavə etdi ki, “heç kim sadəcə olaraq yeni, qlobal, kosmik bir şey qurmayacaq”.
“Biz təhlükəsizlik zəmanəti istəyirik, çünki bu il müharibəni bitirmək istəyirik”, - Zelenski vurğulayıb.