AZ

“Kiyevə qulaq asmağa gəlmişəm” – Trampın elçisi Zelenski ilə nəyi müzakirə edəcək?

ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediası bununla bağlı görüntülər yayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Kelloqun gəlişinin cümə axşamı, fevralın 20-nə planlaşdırıldığını demişdi. Keyt Kelloq Kiyevdə deyib ki, o, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək, lakin “daha çox qulaq asacaq”: “Yenidən burada olmaq çox xoşdur. Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə gözəl söhbət edəcəm. Biz qulaq asacağıq. Lazım olanı təmin etməyə hazırıq. Biz təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir".

O əlavə edib ki, daha sonra Birləşmiş Ştatlara qayıdacaq və “hər şeyi düzgün başa düşdüyümüzə əmin olmaq üçün” Trampla danışacaq.

“AzPolitika.info”

Seçilən
13
50
azpolitika.info

10Mənbələr