Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ozan Kökçü Finlandiiyada diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi şərəfini qoruduğu HİK klubunun heyətində qol vurub. Ozan Finlandiya kuboku çərçivəsində KTP ilə görüşdə fərqlənib.
72-ci dəqiqədə meydançaya çıxan futbolçumuz bundan 3 dəqiqə rəqib qapısına yol tapıb. Oyun HİK-in 4:0 hesabı qələbəsi ilə yekunlaşıb.
Onu da əlavə edək ki, bu, Kökçünün Helsiinki təmsilçisinin heyətində keçirdiyi 11-ci oyunda ilk qolu olub.