Bakı. Trend:
2024-cü ildə 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz azyol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olub.
Trendxəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumatyayıb.
Bildirilib ki, onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isətoran vaxtı baş verib, 29,7 faizi həftənin şənbə və bazar günlərinətəsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrindəbaş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilənisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1faiz azalaraq 1116 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 37,9 faizi bir neçə nəqliyyatvasitəsinin, 41,1 faizi nəqliyyat vasitələrinin və piyadaların,21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6 faizini,yaralananların isə 71,3 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunmasısəbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindəntörədilib.