AZ

Avtomobil qəzalarında ölənlərin 77 faizi kişilər olub


Ötən il Azərbaycanda 1 427 yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən illə müqayisədə yol-nəqliyyat hadisələri 12,8% azalıb.
Bildirilir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı ötən illə müqayisədə 12,4% azalaraq 1 952 nəfər olub.
Onlardan 764-ü həlak olub, 1 188-i isə yaralanıb. Hadisələrin 40,2%-i gündüz, 38,4%-i gecə, 21,4%-i isə toran vaxtı baş verib, 29,7%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 86,8%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1% azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1% azalaraq 1 116 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 37,9%-i bir neçə nəqliyyat vasitəsinin, 41,1%-i nəqliyyat vasitələrinin və piyadaların, 21%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6%-ini, yaralananların isə 71,3%-ini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Murad Məmmədov
Seçilən
47
10
yeniavaz.com

10Mənbələr