AZ

Ərdoğan Trampın planını TƏNQİD ETDİ: "Türkiyə buna yol verməyəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Prezidenti Donald Trampın Administrasiyasının Qəzza zolağı sakinlərinin köçürülməsinə dair planları qəbuledilməzdir və Türkiyə buna yol verməyəcək".
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən deyib.
"Biz İsrail tərəfindən təhrik edilən Amerika administrasiyasının məqsədi qardaşlarımızın Qəzzadan, vətənlərindən qovulması olan qeyri-insani, qeyri-legitim planlarının reallaşmasına heç vaxt yol verməyəcəyimizi qətiyyətlə vurğuladıq", - deyə o bəyan edib.
Xatırladaq ki, D.Tramp fevralın 4-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Vaşinqtonun Qəzza zolağına uzun müddət sahib olmaq məsələsini nəzərdən keçirdiyini bildirmişdi. O, Qəzza sakinlərinin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu söyləmişdi.
Seçilən
39
50
oxu.az

10Mənbələr