1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Vergilər İdarəsi (Internal Revenue Service, IRS) altı minə yaxın əməkdaşı işdən azad edəcək.
Oxu.Az "The New York Times" qəzetinə (NYT) istinadən xəbər verir ki, ixtisarlar fevralın 20-də başlayacaq.
Qəzet qeyd edir ki, Vergilər İdarəsinin rəhbərliyi artıq fevralın 19-da bəzi əməkdaşlardan iş avadanlığını qaytarmağı xahiş edib:
"İxtisarlar Tramp Administrasiyasının federal işçi ştatını azaltmaq proqramı çərçivəsində baş tutacaq. Bu qərar Vergilər İdarəsinə yaxın keçmişdə işə götürülən əməkdaşlara şamil ediləcək".
Eyni zamanda, Vergilər İdarəsi sınaq müddətində olan qeyri-vacib əməkdaşları işdən çıxarmaq niyyətindədir.