Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı sülh danışıqlarının dərhal başlamasına çağırıb və Türkiyənin prosesi asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, Fidan bunu G20 xarici işlər nazirlərinin Cənubi Afrikada keçirilən toplantısı çərçivəsində MİKTA qrupunun (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) xarici işlər nazirlərinin 27-ci iclasında bildirib.
" Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini qətiyyətlə davam etdirir. Biz münaqişənin həlli üçün hər iki tərəfi əhatə edən sülh prosesinin vacibliyini vurğulamağa davam edirik. Türkiyə tərəflər arasında daimi və davamlı sülhə nail olmaq üçün danışıqlara hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Fidan bəyan edib.
Əziz Mustafa, Oxuməni.az